"Bayern Münhen" onu bu qiymətə satır

"Bayern Münhen" onu bu qiymətə satır

"Bayern Münhen" yarımmüdafiəçisi Marsel Zabitseri satmağa hazırdır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Almaniya nəhəngi 29 yaşlı avstriyalı ilə 15-17 milyon avro qarşılığında vidalaşmağın əleyhinə deyil.

Zabitser mövsümün ikinci yarısını (31 yanvar tarixindən) icarə əsasında "Mançester Yunayted"də keçirib. "Qırmızı şeytanlar"ın forması ilə 14 matça çıxan futbolçu 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər