"Bayern Münhen" heyətini yeni ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə cari mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır.
Xəbərə görə, Kataloniya təmsilçisi maaşının azaldılmasına razılaşmayan nidrerlandlı futbolçunu satmağın əleyhinə deyil. İspaniya nəhənginin Frenki ilə vidalaşmağı və "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanı heyətinə qatmağı planlaşdırdığı bildirilib.
Qeyd edək ki, de Yonq bu mövsüm İspaniya La Liqasında 3 oyun keçirib, məhsuldar göstəricilərlə diqqət mərkəzinə düşməyib.
Nihat