"Bayern Münhen" niderlandlı bombardiri geri qaytarır

"Bayern Münhen" niderlandlı bombardiri geri qaytarır

"Bayern Münhen" sabiq futbolçusunu geri qaytarmaq barədə düşünür.

Fanat.Az xəbər verir ki, məlumatı "Kicker"in jurnalisti Georq Holtsner yayıb.

Xəbərə görə, Almaniya nəhəngi hazırda "Bolonya"nın formasını geyinən Coşua Zirkzenin performansından məmnundur. Mənbə "Bayern"in 2022-ci ilin avqustunda İtaliya klubuna keçən forvardı 22 milyon avro ödəyərək geri almaq hüququnun olduğunu da xatırladıb.

Qeyd edək ki, bu mövsüm "Bolonya"nın forması ilə bütün turnirlərdə 30 oyuna çıxan niderlandlı hücumçu 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Cari "futbol ili"ndə A Seriyasında 10 qol vuran 22 yaşlı Zirkze komandasının ən yaxşı bombardiridir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər