"Bayern Münhen" "Yuventus"dan Matteys de Liqti transfer edəcəyi halda, öz müdafiəçisini sata bilər.
Fanat.Az "90 minut"a istinadən xəbər verir ki, bu, Deotşankül Yupamekanodur.
Xəbərə görə, Yupemakano de Liqt heyətə qatılacağı təqdirdə, ehtiyatda qalacağını və bu səbəbdən DÇ-2022-yə aparılmayacağını düşündüyü üçün iş yerini dəyişməli olacaq. Mənbə Deatşankülün hansı qiymətə satılacağını da açıqlayıb - 50 milyon avro. Sözügedən futbolçunu transfer etməyə əsas namizədin isə "Çelsi" olduğu vurğulanıb.
Xatırladaq ki, de Liqt "Bayern"ə keçməyə yaxındır.
Nihat