"Bayern Münhen" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi rəsmi saytı vasitəsi ilə Fransanın "Renn" klubunun hücumçusu Matis Teli rənglərinə bağladığını açıqlayıb.
Gənc futbolçu ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Fransanın U-17 millisinin üzvü olan Tel yığma komandanın kapitanı kimi Avropa çempionu adını qazanıb. 2021-ci ilin avqustunda "Renn"in əsas komandasında debüt edən forvard klub tarixinin ən gənc futbolçusu qismində tarixə düşüb. Ötən mövsüm klubunda 10 matça çıxan Matis məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat