Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, bu gün iki görüş baş tutub.
“Ayntraxt” evdə “Union Berlin”i 2 cavabsız qolla üstələyib. Bundesliqanın lideri “Bayern Münhen” isə “Frayburq”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu qarşılaşmada məğlubiyyətlə üzləşən Münhen təmsilçisi kubokda mübarizəni dayandırıb.
Almaniya kuboku 1/4 final 4 aprel
Ayntraxt – Union Berlin 2:0 Qol: Kolo Muani, 11; 13.
Bayern Münhen – Frayburq 1:2 Qol: Upamekano, 19 – Hofler, 27. Holer, 90+5-pen.
5 aprel
20:00. Nürnberq – Ştutqart 22:45. Leypsiq – Borussiya (Dortmund)