"Bayern Münhen" hələ heç bir futbolçunu bu qiymətə almamışdı - Tarixi rekord

"Bayern Münhen" hələ heç bir futbolçunu bu qiymətə almamışdı - Tarixi rekord

"Tottenhem"in hücumçusu Harri Keyni transfer edən "Bayern Münhen" tarixinin ən bahalı transferini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, 30 yaşlı forvardın keçidi Almaniya nəhənginə 100 milyon avrodan baha başa gəlib.

Bunadək "Bayern"in ən bahalı transferi Lukas Ernandes idi. Bu yay 45 milyon avro qarşılığında PSJ-yə satılan Lukas 2019-cu ildə "Atletiko Madrid"dən 80 milyon avroya alınmışdı.

Qeyd edək ki, Keynlə imzalanan müqavilənin müddəti 2027-ci ilə qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər