"Bayern Münhen" geri çəkildi, MY irəli atıldı

"Bayern Münhen" geri çəkildi, MY irəli atıldı

"Mançester Yunayted" "Tottenhem"in hücumçusu Harri Keyni hədəfə alıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sunday Mirror" məlumat yayıb. 

Xəbərə görə, "qırmızı şeytanlar" İngiltərə millisinin üzvünü yayda transfer etməyi planlaşdırır. 

29 yaşlı forvardın klubu ilə müqaviləsi 1 il sonra başa çatır. Onun "Tottenhem"lə sözləşməni yeniləməmək və komandasını dəyişmək fikrində olduğu bildirilir. 

Qeyd edək ki, "Bayern Münhen" də Harri Keyni heyətinə qatmaq niyyətində idi. Lakin Münhen klubunun rəhbərliyi hücumçu üçün tələb olunan 100 milyon avronu ödəməyə hazır deyil.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər