"Bayern Münhen" ərəblərlə razılaşır - Mane bu qiymətə satılacaq

"Bayern Münhen" ərəblərlə razılaşır - Mane bu qiymətə satılacaq

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun seneqallı hücumçu Sadio Manenin transferi üçün "Bayern Münhen"ə nə qədər pul ödəyəcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, ərəblərlə almanlar arasında aparılan danışıqlar müsbət məcrada yekunlaşmaq üzrədir. hazırda Manenin agentinin "Əl-Nəsr"in nümayəndələri ilə şəxsi müqavilənin şərtlərini müəyyənləşdirməklə məşğul olduğu vurğulanıb.

Qeyd edək ki, Mane "Bayern"ə ötən yay "Liverpul"dan transfer olunub. Almaniya nəhəngi bu keçid üçün İngiltərə təmsilçisinə 32 milyon avro ödəyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər