"Bayern Münhen" dünyanın ən yaxşı futbolçusunu satır

"Bayern Münhen" dünyanın ən yaxşı futbolçusunu satır

"Bayern Münhen" cari mövsümün sonunda hüumçusu Robert Levandovski ilə vidalaşa bilər.

Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, polşalı forvard Almaniya nəhəngi ilə yeni müqavilə imzalamaqdan imtina edəcəyi halda, satışa çıxarılacaq.

Münhen klubu müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq oyunçunun yaşını da nəzərə alaraq onun satışından böyük məbləğdə gəlir əldə etməyi hədəfləyir. 

FİFA-nın versiyasına əsasən, ardıcıl 2-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Levandovski 2014-cü ildən "Bayern"də çıxış edir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər