"Bayern Münhen" dünya çempionunu ağır cərimələdi - SƏBƏB 

"Bayern Münhen" dünya çempionunu ağır cərimələdi - SƏBƏB 

"Bayern Münhen"in müdafiəçisi Benjamin Pavar klubu tərəfindən cəzalanıb.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb onun ötən ay sərxoş halda avtomobil idarə edərkən saxlanılmasıdır. 

Fransa ilə dünya çempionu olan futbolçunun sürücülük vəsiqəsi ləğv edilib. Klubun idman direktoru Həsən Salihamidjiç Pavarın intizam pozuntusundan xəbər tutduqdan sonra onu ağır cərimələyib. Almaniya nəşri bunun beşrəqəmli məbləğ olduğunu yazıb.  

Benjamin Pavar son vaxtlar formada düşüb və "Bayern Menhen"in əsas heyətində yerini itirib. Almaniya çempionu onunla müqavilənin uzadılması barədə danışıqdan imtina edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər