"Bayern Münhen" dünya çempionu ilə yolları ayırdı

"Bayern Münhen" dünya çempionu ilə yolları ayırdı

"Bayern Münhen" futbolçusu Korenten Tolisso ilə vidalaşıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

2017-ci ildən Münhen təmsilçisində çıxış edən 28 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bayern"də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər