“Bayern Münhen” doğma meydanda xal itirdi

“Bayern Münhen” doğma meydanda xal itirdi

Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

Lider “Bayern Münhen” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Münhen təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Köln” - “Maynts” və “Ayntraxt” - “Borussiya” (Mönhenqladbax) oyunlarında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Bol qollu “Ştutqart” - “Borussiya” (Dortmund) matçında da qalib müəyyənləşməyib. “Leypsiq” isə evdə “Auqsburq”a qalib gəlib.

Almaniya Bundesliqası 28-ci tur 14 aprel

Şalke – Herta 5:2 Qol: Skarke, 3. Bulter, 13; 78. Terodde, 48. Kaminski, 90+2 – Yovetiç, 45+3. Rixter, 84.

15 aprel

Bayern Münhen – Hoffenhaym 1:1 Qol: Pavar, 17 – Kramariç, 71.

Köln – Maynts 1:1 Qol: Lyubiçiç, 51 – Ayorke, 17.

Leypsiq – Auqsburq 3:2 Qol: Kampl, 10. Verner, 32; 35 – Mayer, 5. Varqas, 82.

Ştutqart – Borussiya (Dortmund) 3:3 Qol: Kulibali, 78. Vaqnoman, 84. Silas, 90+7 – Haller, 26. Malen, 33. Reyna, 90+3.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 1:1 Qol: Muani, 83 – Hofmann, 13.

16 aprel

17:30. Verder – Frayburq 19:30. Union Berlin – Bohum 21:30. Volfsburq – Bayer

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər