"Bayern Münhen" Devisi "Real"a buraxacaqmı? - SON DURUM

"Bayern Münhen" Devisi "Real"a buraxacaqmı? - SON DURUM

"Bayern Münhen" rəhbərliyi komandanın kanadalı müdafiəçisi Alfonso Devislə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən insayder Manuel Vet yayıb.

Xəbərə görə, Münhen klubu onunla müqavilə yeniləməkdə israrlıdır və tərəflər artıq danışıqlara başlayıb. Mənbə Devisin Kinqsli Koman qədər maaş istədiyini, klub bosslarının futbolçu ilə bu yöndə ortaq məxrəcə gəlməyə çalışdığını vurğulayıb.

Qeyd edək ki, Devis "Real Madrid" və "Mançester Siti"nin transfer siyahısındadır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər