"Bayern Münhen" bunu bacaran yeganə komanda oldu

"Bayern Münhen" bunu bacaran yeganə komanda oldu

"Bayern Münhen" UEFA Çempionlar Liqasında unikal göstəriciyə imza atıb.

Fanat.Az-ın hesablamalarına görə, Yulian Nagelsmannın yetirmələri cari mövsüm bütün qrup oyunlarını qələbə ilə başa vuran yeganə komanda olub.

Münhen təmsilçisi yer aldığı "ölüm qrupu"ndakı əsas rəqiblərini hər iki qarşılaşmada "quru" hesabla  yenib. Ümumiyyətlə Almaniya nəhəngi 6 matçın yalnız birində qapısından qol buraxıb. 

Belə ki, ilk dövrədə "İnter" (2:0), "Barselona" (2:0) və "Viktoriya"ya (Plzen) (5:0) heç bir şans verməyən 35 yaşlı mütəxəssisin komandası ikinci dövrədə Çexiya klubunu 4:2, kataloniyalıları 3:0, Milan təmsilçisini isə 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün keçiriləcək ÇL qarşılaşmalarında heç bir komandanın maksimum nəticə göstərmək şansı yoxdur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər