"Torino"nun müdafiəçisi Qleyson Bremer "Bayern Münhen"in maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport1" məlumat yayıb.
Xəbərə görə, Bundesliqa təmsilçisi 24 yaşlı braziliyalını yay transfer pəncərəsi dönəmində heyətinə qatmağı planlaşdırır. "Bayern Münhen" futbolçu üçün 15 milyon avrodan keçməyə hazırdır.
Qeyd edək ki, Münhen klubu Bremeri Dortmund "Borussiya"sına keçəcək Niklas Züleyə əvəzedici olaraq görür.