"Bayern Münhen" 2 futbolçu ilə müqaviləni yeniləmədi

"Bayern Münhen" 2 futbolçu ilə müqaviləni yeniləmədi

"Bayern Münhen" futbolçuları Joao Kanselo və Deyli Blindlə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Bayern Münhen" Kanselonu qış transfer pəncərəsində “Mançester Siti”dən icarəyə götürmüşdü. Münhen təmsilçisi satın alma variantını aktivləşdirməyib. Müdafiəçi "Mançester Siti"yə qayıdıb.

Blind "Bayern Münhen"ə yanvarda azad agent kimi keçmiş və mövsümün sonuna qədər müqavilə imzalamışdı. Klub onunla da müqaviləni yeniləməmək qərarına gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər