Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya məğlub olan (0:1) "Bayern Münhen" son illərin ən pis nəticəsinə imza atıb.
Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi avrokuboklarda son 13 ildə ilk dəfə İtaliya təmsilçisinə uduzub.
Münhenlilər bunadək son dəfə 2011-ci ildə İtaliya klubunun öhdəsindən gələ bilməmişdi. "Bayern" həmin Çempionlar Liqasının eyni mərhələsində “İnter”ə 2:3 hesabı ilə yenilmişdi.
Qeyd edək ki, tərəflərin Münhendə baş tutacaq cavab oyunu martın 5-də keçiriləcək.