"Barselona"dan 120 milyonluq transfer

"Barselona"dan 120 milyonluq transfer
"Barselona" "Atletiko"dan Antoine Qrizmannın transferi üçün yenidən hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, bundan əvvəl 100 milyon avroluq təklifi qəbul olunmayan Kataloniya klubu yeni təklif hazırlayıb. Fransanın "L`Equipe" nəşrinin məlumatına görə, "Barselona" futbolçunun özünə 2024-cü ilədək müqavilə və illik 16 milyon avro maaş təklif edəcək.
Kataloniyalılar həmçinin "Atletiko"ya 120 milyon avro təklif edəcək. "L`Equipe" iddia edib ki, bu təklif böyük ehtimalla qəbul olunacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər