"Barselona" "Bayern"in ulduzu üçün rekord məbləğ ayırdı - MƏBLƏĞ

"Barselona" "Bayern"in ulduzu üçün rekord məbləğ ayırdı - MƏBLƏĞ

Almaniya millisinin və "Bayern Münhen"in 28 yaşlı yarımmüdafiəçisi Yozua Kimmix "Barselona"nın transfer hədəfindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb. 

Mənbənin məlumatın görə, yarımmüdafiəçinin transferi qışda və ya cari mövsümün sonunda baş tuta bilər. Potensial transfer əməliyyatının dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. 

Kimmix 2015-ci ilin yayından Münhen təmsilçisində çıxış edir. Onun hazırki müqaviləsinin müddəri 2024/2025 mövsümünün sonuna qədərdir. 

Cari Bundesliqa mövsümündə Yozua "Bayern"in heyətində doqquz oyun keçirib və üç məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər