Bakıda keçiriləcək Dünya kubokunun posteri təqdim edildi

Bakıda keçiriləcək Dünya kubokunun posteri təqdim edildi

Azərbaycan Gimnastika Federasiyası Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun posterini təqdim edib.

Fanat.Az xəbər verir ki, ilin ilk beynəlxalq yarışında aparıcı gimnastların iştirak edəcəyi gözlənilir.

Müsabiqənin Təşkilat Komitəsi artıq iştirakçı ölkələrdən müraciətlərin qəbuluna başlayıb. Hazırda 15 ölkənin - İspaniya, İtaliya, Yaponiya, Əlcəzair, Bolqarıstan, Çexiya, Estoniya, Qazaxıstan, Meksika, Polşa, Ukrayna, ABŞ və Özbəkistan və Neytral idmançılardan ibarət komanda Azərbaycanın paytaxtına gəlməyə hazır olduqlarını bildiriblər.

Bakıda keçiriləcək Dünya kubokunun posteri təqdim edildi Təsnifatda ən yüksək bal toplayan idmançılar “AGF Trophy”ni əldə edəcəklər.

Qeyd edək ki, yarış fevralın 22-23-də Milli Gimnastika Arenasında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər