Bakıda Fransa - Danimarka finalı olacaq

Bakıda Fransa - Danimarka finalı olacaq

Bakıda keçirilən badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatında yarımfinal mərhələsi başa çatıb.

Fanat.Az xəbər verir ki, İngiltərə ilə qarşılaşan Fransa yığması 3:0 hesabı ilə qalib gəlib.

Bununla da “üçrənglilər” finala vəsiqə qazanıb. Fransa həlledici görüşdə Danimarka ilə qarşılaşacaq.

İngiltərə isə turniri Almaniya kimi bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, yekun sıralamada İspaniya 5-ci, Çexiya 6-cı, Niderland 7-ci, Azərbaycan 8-ci olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər