Bakıda dünya çempionatına start verildi

Bakıda dünya çempionatına start verildi

Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev və Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev çıxış ediblər.

Onlar yarış iştirakçılarına uğurlar arzulayıblar.

Rəsmilərin çıxışından sonra mundial iştirakçılarının paradı gerçəkləşib. Ardından oyunlara start verilib.

Dünya çempionatında Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaq.

Qeyd edək ki, yarışda milli atlardan istifadə olunacaq. Dünya çempionatının bağlanış mərasimi iyunun 16-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər