Bakıda beynəlxalq atletika yarışına start verildi

Bakıda beynəlxalq atletika yarışına start verildi

Bakıda Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq memorial start götürüb.

Fanat.Az xəbər verir ki, açılış mərasimində çıxış edənlər mütəxəssisin ölkədə atletikanın inkişafındakı xidmətlərindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.

Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparırlər. Medallar uğrunda ümumilikdə 120 idmançı qüvvəsini sınayır.

Artıq yarışın ilk gününün qalibləri məlumdur.

100 metr məsafəyə qaçış Kişilər Mindia Endeladze (Gürcüstan)

Qadınlar İlahə Quliyeva

400 metr məsafəyə qaçış Kişilər Oğuz Akgül (Türkiyə)

Qadınlar Lamiyə Vəliyeva

1500 metr məsafəyə qaçış Əmrah Nağıyev

Üç təkanla tullanma Kişilər Mesut Bülbül (Türkiyə)

Qadınlar Gizem Akgöz (Türkiyə)

Nüvə itələmə Kişilər Nuh Polat (Türkiyə)

Memorial Dünya Atletikasının qlobal təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər