Bakı klubu Kamerun və Rumıniya təmsilçilərinə qarşı

Bakı klubu Kamerun və Rumıniya təmsilçilərinə qarşı

Mayın 24-dən Bakıda təlim-məşq toplanışına start verən “Zirə” iyunun 9-da  hazırlığın ilk mərhələsini başa vurub. Fanat.Az xəbər verir ki, “qartallar” bu gündən etibarən hazırlığın ikinci mərhələsinə başlayıb.

 

Komanda Türkiyənin Bolu şəhərinə yola düşüb və səfərin ilk günündə məşqə çıxıb. 

 

Hazırlığın bu mərhələsində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zirə” iyunun 13-də Kamerunun “Kolombe Sportive”, 20-də isə Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Daha bir yoxlama oyunu isə iyunun 17-də və ya 16-da keçirilməlidi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər