İsveçrənin Sürix şəhərində keçirilən yüngül atletika üzrə 22-ci Avropa çempionatına Türkiyəni azərbaycanlı idmançı təmsil edib. Fanat.az xəbər verir ki, qardaş ölkəni təmsil edən Ramil Quliyev çempionata damğa vurub.
Quliyev 200 metr məsafədə qaçış zolağını 4-cü yerdə bitirərək Türkiyə rekordunu qırıb (20.38 saniyə). Əsas sıralamada 5-ci olan Ramil bu nəticə ilə finala vəsiqə əldə edib.
Fanat.az