Azərbaycanlı qardaş hakimlərə yeni təyinat

Azərbaycanlı qardaş hakimlərə yeni təyinat

Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) yeni təyinat alıblar.

Fanat.Az xəbər verir ki, təcrübəli referilər qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti təmsil edəcəklər.

Söhbət Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşdən gedir.

Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər