Azərbaycanlı qapıçı türk klubundan getdi

Azərbaycanlı qapıçı türk klubundan getdi
"Giresunspor" klubu Kamal Bayramovla yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ercan Pamuk məlumat verib.
Pamuk bildirib ki, 1 illik müqavilə imzaladıqları qolkiperlə vidalaşmalarına səbəb onun "Rəvan"la problemini həll etməməsi olub: "Problem həll olunmadağından onunla yollarımızı ayırmaq qərarına gəldik və müqavilə qarşılıqlı razılıq əsasında pozuldu. Artıq yeni qapıçı axtarışına başlamışıq. Gündəmimizdə 4-5 namizəl var. Bunlardan ikisi ilə anlaşmağa yaxınıq".
Qeyd edək ki, "Giresunspor" Kamaldan başqa "Rəvan"dan Ayaz Mehdiyevi də transfer edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər