Azərbaycanlı menecer Kamil Məmmədov "Qaziantepspor"u ittiham edib. Fanat.az xəbər verir ki, buna səbəb Türkiyə klubunun Artyom Milevski ilə yollarını ayırması olub.
Ukrayna mətbuatına danışan Məmmədov oyunçunun maaşının ödənmədiyini bildirib: "Klub mövsümün əvvəlindən maaşları ödəməyib. Ofislərində FIFA-dan gələn çox sayda xəbərdarlıq məktubu var. Orda xaos hökm sürür. Artyom isə komandadan anlaşaraq ayrıldı".
Menecer futbolçusunun belə bir komandada oynamasını mümkünsüz hesab edib: "Belə vəziyyətdə çalışmaq mümküe deyil. Əminəm ki, daha çox oyunçu bu klubdan ayrılacaq. Qısacası, Qaziantep hekayəsi sona çatdı".
Fanat.az