Azərbaycanlı klub prezidenti öldürüldü - FOTOLAR

Azərbaycanlı klub prezidenti öldürüldü - FOTOLAR
Ukraynanın Kremençuq şəhərinin meri güllələnib. Fanat.az xəbər verir ki, Oleq Babayev həm də “Vorskla” klubunun prezidenti idi.
Babayev bu gün səhər saat 10.00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.
 
Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna Premyer Liqasında 8-ci yeri tutmuşdu.
Qeyd edək ki, Oleq Babayev əslən azərbaycanlıdı. Onun atasının adı Meydandı. O, bir neçə il əvvəl verdiyi müsahibədə özü haqqında bunları demişdi: "Xarakterim azərbaycanlı xarakteridi. Uşaqlıqda hər yay Azərbaycanda olurdum. 1965-ci ildə Rusiyada anadan olmuşam, orada böyümüşəm - atam artıq 45 ildi ki, orada yaşayır. Özüm peşəkar hərbçiyəm, hərbi məktəbi bitirmişəm, sovet ordusunda xidmət etmişəm, sonuncu xidmət etdiyim yer Kiyev olub, elə buranın da vətəndaşlığını qəbul etmişəm. Ehtiyatda olan polkovnikəm. On beş il orduda xidmət edəndən sonra istefaya çıxıb bizneslə məşğul olmağa başladım. Poltava vilayətində ət kombinatının direktoru vəzifəsində işlədim. Mən ora gedəndə kombinat işlək vəziyyətdə deyildi, indi isə Ukraynanın ən böyük ət kombinatlarından biri sayılır. Seçkilər zamanı Yuliya Timoşenko blokuna düşdüm, siyahıda 107-ci adam idim. Artıq bir ildir ki, xalq deputatıyam. Əgər dəvət gəlsə, nümayəndə heyətinin tərkibində məmnuniyyətlə Azərbaycana gedərdim. Belə bir dəvət olmasa da, özüm ora getməyi düşünürəm. Azərbaycan üçün darıxmışam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər