Azərbaycanlı hakim Almaniya - Serbiya oyununda

Azərbaycanlı hakim Almaniya - Serbiya oyununda
FIFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinatını alıb. Fanat.az xəbər verir ki, bu gün keçiriləcək Almaniya - Serbiya qarşılaşmasının yan xətt hakimlərindən biri Abbasov olacaq.
Oyunu ispaniyalı FIFA referisi Xavyer Estrada Fernandes idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Stefan Klossnerdi (İsveçrə).
Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər