İsmayıllı rayonundan olan 5 mücahid Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib. Fanat.az ANS PRESS-ə isitinadən xəbər verir ki, bu barədə azvision.az-a rayon sakinləri məlumat veriblər.
Bildirilir ki, 3 sələfi mücahid həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər.
Suriyaya cihada gedən Rəşad adlı mücahidin dəfələrə respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçi olduğu deyilir.
Sakinlərin sözlərinə görə, onların Suriyaya getmələrindən ailələri sonradan xəbər tutublar.
Mövzuya qayıdacağəq.
Onu da qeyd edək ki, belə hallar əvvəllər də olub.
Fanat.az