İspaniyanın "Real Mursiya" klubunun azərbaycanlı futbolçusu Eddi İsrafilov karyerasını La Liqada davam etdirə bilər. Fanat.az xəbər verir ki, gənc yarımmüdafiəçinin xidmətində "Almeriya" maraqlıdı.
Ancaq "Mursiya" rəhbərliyi Eddiyə görə qarşı tərəfdən 3 milyon avro istəyir. Maraqlıdı ki, tələb “Almeriya”nı qorxutmayıb. Danışıqlar davam etdirilir.
Qeyd edək ki, İsrafilov "Real Mursiya"nın heyətində son mövsüm də 38 oyuna çıxıb və iki qol vurub.
Fanat.az