Türkiyə klublarının azərbaycanlı futbolçulara marağı gündən-günə artır. Adını dəqiqləşdirə bilmədiyimiz bir Super Liqa təmsilçisi ilə yanaşı, PTT liqasında çıxış edən 3 klub da Əfran İsmayılov uğrunda mübarizə aparır.
Aşağı dəstə klublarından “Şanlıurfaspor”un istedadlı milli üzvünə 350 min dollarlıq müqavilə təklif etməsi faktdı. Fanat.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, “sarı-yaşıllar” “Bakı”dan transfer vərəqini ala bilməyən İsmayılovu azad agent statusu ilə transfer etməkdə maraqlıdı.
Fanat.az