Azərbaycanlı futbolçu Rumıniya klubundan ayrıldı

Azərbaycanlı futbolçu Rumıniya klubundan ayrıldı

Azərbaycan millisinin sabiq futbolçusu Elhad Nəziri Rumıniyanın "Metalul" klubundan ayrılıb. Fanat.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a futbolçunun özü xəbər verib.

O bildirib ki, Reşitsa klubu ilə 6 aylıq müqaviləsi başa çatıb. Yenidən ölkə xaricində oynamağı planlaşdırdığını deyən Elhad variantları olmasa, bu kluba yenidən qayıda biləcəyini istisna etməyib.

Qeyd edək ki, "Metalul" Rumıniyanın I dəstəsində sonuncu pillələrdə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər