Rusiya millisinin dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Fabio Kapello mundialda iştirak edəcək 23 nəfərlik heyəti açıqlayıb.
İtalyan mütəxəssis Aleksandr Səmədovu da Braziliyaya aparmaq qərarına gəlib. Lakin Braziliyaya yollanacaq heyət 23 futbolçu ilə tamamlanmır. Belə ki, Kapello “Rubin”in yarımmüdafiəçisi Pavel Moqilevetsi də Cənubi Amerikaya aparmağı lazım bilib. Sonuncu təlim-məşq toplanışında “23-lük”lə birlikdə iştirak edəcək.
Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Yuri Lodıgin (Zenit), Sergey Rıjikov (Rubin)
Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı ÇSKA), Vladimir Qranat, Aleksey Kozlov (hər ikisi “Dinamo”, Moskva), Andrey Yeşenko (Anji), Dmitri Kombarov (Spartak), Andrey Semyonov (Terek)
Yarımmüdafiəçilər: İqor Denisov (Dinamo), Alan Caqoyev (ÇSKA), Roman Şirokov (Krasnodar), Denis Qluşakov (Spartak), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi “Zenit”)
Hücumçular: Yuri Jirkov, Aleksey İonov, Aleksandr Kokorin (hamısı “Dinamo”, Moskva), Maksim Kanunnikov (Amkar), Aleksandr Kerjakov (Zenit), Aleksandr Səmədov (Lokomotiv).
Fanat.az