Azərbaycanlı futbolçu barda olanları silahla hədələdi

Azərbaycanlı futbolçu barda olanları silahla hədələdi
Hazırda azad agent statusunda olan Azərbaycan əsilli ukraynalı futbolçu Aleksandr Əliyev qalmaqal törədib. Fanat.az xəbər verir ki, bu yaxınlarda Azərbaycan klublarının birində oynamaq variantı ortaya çıxan futbolçunun istəyi gerçəkləşməyib.
Bundan pəjmürdə olan Əliyev Kiyevə qayıdıb və paytaxt barlarının birində qalmaqal törədib. Şahidlər bildirirlər ki, sərxoş futbolçu  barda olanları silahla hədələyib. Mühafizəçilərin köməyi ilə zərərsizləşdirilən Saşa bardan uzaqlaşdırılıb.
Qeyd edək ki, Aleksandr Əliyev ötən mövsüm “Anji”nin heyətində çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər