Azərbaycanda oynayan iki futbolçu İsveç klubuna keçib. Fanat.az xəbər verir ki, Samuel Barlay və Şerif Suma "Sirianska" klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 2010-cu ildən ölkəmizdə olan Samuel son mövsümü AZAL-da keçirib. O, əvvəllər "Muğan" və "Rəvan"da forma geyinib. 2011-2012-ci illərdə "Rəvan"da çıxış edən Şerif isə ötən mövsüm klubsuz qalmışdı. Hər iki futbolçu Sierra Leone yığmasının formasını geyinib.
Fanat.az