Azərbaycan - Özbəkistan yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, matçı gürcü hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi FIFA referisi George Vadaçkoria olacaq. Ona Levan Varamişvili və Levan Todria kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Özbəkistan oyunu avqustun 20-də keçiriləcək. "Bakcell Arena"da baş tutacaq matç saat 21.00-da başlayacaq.
Fanat.az