Bu gün Azərbaycan yığması növbəti sınağına çıxacaq. Fanat.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamızın budəfəki rəqibi Özbəkistan yığması olacaq.
Özbəkistan Azərbaycan üçün kifayət qədər tanış rəqibdi. Belə ki, millimiz tarixi ərzində artıq bu komanda ilə 9 dəfə qarşılaşıb. Yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi var. Özbəkistan yığması millimizi iki dəfə üstələyə bilib. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk ediblər.
Rəqibilərin 9 qarşılaşmasında qapılara 21 qol vurulub. Bunlardan 11-i millimizin, 10-u özbəklərin aktivindədi.
24 aprel 1998. Bakı. YO. Azərbaycan - Özbəkistan 2:1
18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan - Azərbaycan 5:1
15 fevral 2001. Albena. YO. Özbəkistan - Azərbaycan 2:1
21 avqust 2002. Bakı. YO. Azərbaycan - Özbəkistan 2:0
28 may 2004. Bakı. YO. Azərbaycan - Özbəkistan 3:1
7 fevral 2007. Karşı. YO. Özbəkistan - Azərbaycan 0:0
7 mart 2007. Çimkənd. BT. Özbəkistan - Azərbaycan 0:1
1 fevral 2009. Dubay. YO. Azərbaycan - Özbəkistan 1:1
1 fevral 2013. Dubay. YO.Azərbaycan - Özbəkistan 0:0
Fanat.az