Azərbaycan yığmasının bayraqdarı açıqlandı

Azərbaycan yığmasının bayraqdarı açıqlandı
Fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının bayraqdarı müəyyənləşib. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, təntənəli açılış mərasimi zamanı idmançılarımız önündə Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev yer alacaq.
 
2010-cu il Vankuver olimpiadasında da bayraqdar funksiyasını Quliyev yerinə yetirib. Bu missiyanın idmançılarımıza tapşırılmamasına səbəb kimi onların hamısının legionerlərdən ibarət olması göstərilir.
 
Qeyd edək ki, fevralın 23-dək davam edəcək Soçi Qış Olimpiya Oyunlarında ölkəmizi dağ xizəkçiləri Patrik Braxner, Sedrik Nots və Qaya Bassani Antivari, eləcə də fiqurlu konkisürənlərdən ibarət Aleksey Sitnikov - Yuliya Zlobina dueti təmsil edəcək. 
Lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər