Azərbaycan yığması Mandelanı anacaq

Azərbaycan yığması Mandelanı anacaq
Futbol üzrə Azərbaycan milli komandasının növbəti oyunundan öncə 1 dəqiqəlik sükut elan olunacaq. Fanat.az xəbər verir ki, bu qərar Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar verilib.
 
FİFA prezidenti Yozef Blatter bildirib ki, quruma üzv olan 209 ölkənin hamısının əsas yığmaları növbəti oyunlarına 1 dəqiqəlik sükutla başlayacaqlar. Eyni zamanda, FİFA-nın baş ofisində bütün milli federasiyaların bayraqları endiriləcək.
 
Qeyd edək ki, Nelson Mandela 1994 - 1999-cu illərdə CAR prezidenti olub. O, 1993-cü ildə Nobel mükafatına layiq görülüb. 
Lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər