Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilir. Fanat.az xəbər verir ki, şahmatçı ilə vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil edilib.
Saat 11.00-da başlayan mərasim 15.00-dək davam edəcək. Vüqar bu gün III Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd: Fotolar oxu.az saytına məxsusdu.