Azərbaycan Vergilər Nazirliyindən "Milan" və "Beşiktaş"a basqın

Azərbaycan Vergilər Nazirliyindən "Milan" və "Beşiktaş"a basqın

Vergilər Nazirliyi qanunsuz idman mərc oyunlarının və kompyuter vasitəsilə qumar oyunlarının keçirilməsi faktını aşkar edib. 

Fanat.az xəbər verir ki, noyabr ayının 21-də Sumqayıt şəhərində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində fiziki şəxs Səmədov Pərviz Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Napoli”, fiziki şəxs Süleymanov Süleyman Nazim oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Milan” və fiziki şəxs Tanrıverdipur Anar Sərvət oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Beşiktaş” çay evlərində qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkar olunub.

P.Səmədov və S.Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb, bundan başqa hər üç şəxs tərəfindən obyektlərdə kompyuter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının (“çərxi-fələk” - “russkaya ruletka”, loto və s.) keçirildiyi də müəyyən edilib.

Yuxarıda göstərilənlərdən əlavə, hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üzə çıxarılıb.

Toplanmış materiallar qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanaraq, cinayət işinin başlanması məqsədi ilə aidiyyati üzrə göndəriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər