Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəlində heç bir dəyişiklik baş verməyib.
Fanat.Az xəbər verir ki, baş tutan 4 görüş quruma üzv olan 54 ölkədən yalnız 3-nün xal hesabını dəyişməsi ilə nəticələnib.
Siyahının aşkar lideri İspaniya 2 qələbə ilə aktivinə 0,571 xal artırıb. “Böyük beşlik”də yer alan nəhənglərdən Fransa və İtaliya hərəyə 1 qələbə qazanıb. Bu da onların hərəsinə 0,333 xal gətirib.
Lakin bu xal qazancları cədvəldə hər hansı dəyişikliyə səbəb olmayıb. Ən diqqət çəkən məqam İspaniyanın onsuz da böyük olan üstünlüyünü daha da artırmasıdı.
Qeyd edək ki, reytinq cədvəlində 26-cı olan Azərbaycanın xal hesabı 17,750-di.
Fanat.Az