Azərbaycan üçüncü, İran çempion oldu

Azərbaycan üçüncü, İran çempion oldu
"IV Caspian Cup"  beynəlxalq turnirinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün turnirin son iki oyunu keçirilib.
"Bayıl Arena"da əvvəlcə Azərbaycanın U-17 yığması Tacikistanla qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan millimiz bürünc medallara sahib çıxıb.
Həlledici matçda isə İran və Türkiyənin 17 yaşadək futbolçulardan ibarət yığmaları qarşılaşıb. Rəqibini 1:0 hesabı ilə məğlub edən İran millisi turnirin qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə finalın hakimlərinə xatirə hədiyyələri verilib. Özbəkistan yığması "Fair-Play" mükafatına layiq görülüb. 4 qolla turnirin bombardiri olan Səid İbadova xüsusi mükafat verilib. İran yığmasının qapıçısı Nejat Farid "Turnirin ən yaxşı qapıçısı", Türkiyə komandasının üzvü Enis Durakisə "Turnirin ən yaxşı oyunçusu" seçilib.
III yerin sahibi Azərbaycan U-17 yığmasına bürünc, finalda məğlub olmuş Türkiyə komandasına gümüş, turnirin qalibi İran futbolçularına isə qızılmedalla rvə kubok təqdim olunub.
Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranı Nazim Süleymanov və “Clear” şirkətinin nümayəndəsi təqdim ediblər.
IV Caspian Cup
5 iyun
 
III yer uğrunda oyun
Azərbaycan U-17 - Tacikistan 4:0
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İsgəndər Əliyev, Elnur Muradov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
"Bayıl Arena".
Final
İran - Türkiyə 1:0
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər