Azərbaycan Türkiyəyə uduzdu, Serbiya çempion oldu - FOTOLAR

Azərbaycan Türkiyəyə uduzdu, Serbiya çempion oldu - FOTOLAR

Bu gün Bakıda keçiriləcək Avropa çempionatına yekun vurulacaq. Fanat.Az xəbər verir ki, artıq üçüncü yer uğrunda qarşılaşma başa çatıb.

Bürünc medallar uğrunda görüşdə yarımfinalda Hollandiyaya yenilmiş Azərbaycanla Serbiyaya uduzmuş Türkiyə qarşılaşıb. Oyuna yaxşı başlayan millimiz ilk setdə 25:22 hesablı qələbə qazanıb. Lakin Faiq Qarayevin yetirmələrinin bundan artığına gücü çatmayıb. Yığmamız növbəti iki setdə 21:25 və 14:25 hesabı ilə yenilib. Son setdə isə fərq daha böyük olub - 8:25.

Beləliklə, Türkiyə millisi Bakıda bürünc medallara sahib çıxıb. Azərbaycan isə dördüncü yerlə kifayətlənib. 

Qeyd edək ki, final oyununda Hollandiya və Serbiya milliləri qarşılaşıb. Hollandiyanı 3:1 hesabıyla yenən qərb slavyanları çempionluğu bayram edib.

Avropa çempionatı

3-cü yer uğrunda oyun

Azərbaycan - Türkiyə 1:3 (25:22, 21:25, 14:25; 8;25)

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər