Azərbaycan şirkəti ingilis klubunu almaq istəyir

Azərbaycan şirkəti ingilis klubunu almaq istəyir
İngiltərənin "Aston Villa" klubu satışa çıxarılıb. Fanat.az xəbər verir ki, Premyer Liqa klubunu almaq istəyənlər arasında Azərbaycan şirkəti də var.
Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Həmkarlarımız "Aston Villa"nı almaq istəyən Azərbaycan şirkətinin adını açıqlamayıb.
Qeyd edək ki, "Aston Villa" 1874-cü ildə yaradılıb. Birmingem şəhərini təmsil edən klub 7 dəfə İngiltərə çempionu, 7 dəfə Federasiya Kubokunun və 5 dəfə Liqa Kubokunun qalibi olub. Komanda 1981/82 mövsümündə Çempionlar Liqasını, 1982-ci ildə UEFA Super Kubokunu, 2001 və 2008-ci illərdə İntertoto Kubokunu qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər