Azərbaycan Serbiya və İrlandiyaya rəqib oldu

Azərbaycan Serbiya və İrlandiyaya rəqib oldu
Final mərhələsi 2018-ci ildə Finlandiyada keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 52 komanda 13 qrupa bölünüb.
 
Azərbaycan millisi 7-ci qrupda yer alıb. Yığmamız Serbiya, İrlandiya və Cənubi Kiprlə mübarizə aparacaq.
 
Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar elit-raunda vəsiqə əldə edəcək.
 
Qeyd edək ki, final mərhələsinin meydan sahibi Finlandiya və yarışa elit-raunddan başlayacaq İspaniya ilə Portuqaliya seçmə mərhələdən azaddı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər