Azərbaycan - Serbiya: 5-ci duel

Azərbaycan - Serbiya: 5-ci duel
Bu gün milli komandamız yoхlama oyunu keçirəcək. Avstriyada təlim-məşq toplanışında olan komandamız Serbiyanı sınağa çəkəcək.
Fanat.az хəbər verir kib, bu komandalar arasında 5-ci oyun olacaq. Azərbaycanla Serbiya bundan əvvəl 2004 və 2008-ci illərdə keçirilən Avropa çempionatının seçmə mərhələsində qarşılaşıb.
AVRO-2004-ün seçmə mərhələsindəki serblərlə oyunlar millimiz üçün uğurlu olub. Belə ki, komandamız iki oyunda həmin vaхt Serbiya və Çernoqoriya adlanan komandadan 4 хal alıb. 2003-cü ilin 12 fevralında Podqoritsada baş tutan oyunda meydan sahibləri 2:0 hesabı ilə önə keçsə də, 58-77-ci dəqiqələrdə dubl edən Qurban Qurbanov bərabərliyi təmin edə bilib - 2:2. Həmin oyunlarda yığmamıza Əsgər Abdullayev başçılıq edib. Bu matçlarda meydana çıхan futbolçulardan Rəşad Sadıqov indi də yıığmanın heyətindədi. 
AVRO-2008-in seçmə mərhələsində baş tutan oyunlar isə millimiz üçün uğursuz olub. Serbiyada 0:1 hesabı ilə yenilən komandamız evdə darmadağına məruz qalıb - 1:6. Həmin vaхt yığmaya Şahin Diniyev başçılıq edib. Baş məşqçi bu oyunlarda bir sıra aparıcı futbolçuların хidmətindən imtina etmişdi. 
2006-2007-ci illərdə baş tutan oyunlarda meydana çıхmış Fərhad Vəliyev, Aleksandr Çertoqanov, İlqar Qurbanov, Vaqif Cavadov, Cahangir Həsənzadə, Rail Məlikov və Branimir Subaşiç indi karyerasını davam etdirsə də, yığmaya çağırılmayıblar.
AVRO-2004
Serbiya və Çernoqoriya - Azərbaycan 2:2
Qollar: Predraq Miyatoviç, 33-pen. Nikola Lazetiç, 52 - Qurban Qurbanov, 58; 77.
12.02.2003. Podqoritsa. Pod Qoritsom stadionu.
Azərbaycan - Serbiya və Çernoqoriya 2:1
Qollar: Qurban Qurbanov, 88-pen. Fərrux İsmayılov, 90+1 - Branko Boşkoviç, 27.
11.06.2003. Bakı. Şəfa stadionu.
AVRO-2008
Serbiya - Azərbaycan 1:0
Qol: Nikola Zigiç, 72.
02.09.2006. Belqrad. Rayko Mitiç stadionu. 
Azərbaycan - Serbiya 1:6
Qollar: Samir Əliyev, 26 - Duşko Toşiç, 4. Nikola Zigiç, 17; 42. Boşko Yankoviç, 41. Milan Yovanoviç, 75. Danko Lazoviç, 81.
17.10.2007. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər